Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 14:54
Braziliya kubokunun 1/64 final mərhələsi çərçivəsində keçirilən "Serjipi" - "Botafoqo" oyununda qalmaqal yaşanıb.
Sonxeber.net xəbər verir ki, qarşılaşmanın sonuncu - 90+10-cu dəqiqəsində qonaqlar hesabı bərabərləşdiriblər. Qoldan sonra hakim matçı yekunlaşdırıb.
Final fiti səslənən kimi "Serjipi"nin texniki heyəti, rəsmi şəxslər və klub prezidenti Ernan Sena meydana daxil olaraq hakimlərə hücum çəkib. Bu zaman onlar ədalət təmsilçilərinə zərbələr vuraraq xəsarət yetiriblər. Buna cavab olaraq yan xətt hakimlərindən biri əlindəki bayraqla "Serjipi" prezidentinin eynəyini sındırıb. Sena üzü qan içində meydanı tərk edib.
Polislər davaya müdaxilə etsə də, meydan sahiblərini sakitləşdirmək mümkün olmayıb. "Serjipi" rəsmiləri daha sonra Braziliya Futbol Federasiyaynın əməkdaşları və oyunun təşkilatçıları ilə dalaşıblar. Onları sakitləşdirmək asan olmayıb.
Qeyd edək ki, bu mərhələnin görüşləri bir oyundan ibarət olsa da, reqlamentə əsasən, "Botafoqo" səfər qolu sayəsində növbəti mərhələyə adlayıb. (publika)