Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 12:34
Bakıda toy karvanında driftlər edən avtomobil qəzaya uğrayıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, həmin anın görüntüləri Xəzər rayonu, Buzovna qəsəbəsində - Zağulba şosesində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü toy karvanının önündə təhlükəli manevrlər etməyə başlayıb. Bu zaman sol zolaqla hərəkət edən "Kia" markalı avtomobil ona çırpılıb.
Görüntüləri təqdim edirik.