Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan bu məsələdə qərarlıdır''

''Azərbaycan bu məsələdə qərarlıdır''

Tarix: 6 Mart 2023 17:42

3-5 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Raisina Dialoq Forumunda iştirak məqsədilə Hindistan Respublikasına işgüzar səfər edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədovun Raisina Dialoq Forumunda iştirak və çıxışı, Forumun əsas təşkilatçısı olan "Observer Research Foundation" beyin mərkəzinin vitse-prezidenti Qautam Çikermane ilə müsahibəsi, habelə Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi, Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri baş tutub.

Raisina Dialoq Forumunda çıxış edən nazir müavini Elnur Məmmədov 2016-cı ildən etibarən Yeni Dehli şəhərində keçirilən, beynəlxalq ictimaiyyətin qarşısında duran geosiyasi və geoiqtisadi çağırışlarla mübarizə yollarının müzakirə olunduğu bu platformada Azərbaycanın ilk dəfə iştirak etdiyini məmnunluqla diqqətə çatdırıb. Bu xüsusda, çoxtərəfli əməkdaşlığın beynəlxalq münasibətlər sisteminin transformasiyası dövründə qlobal çağırışlarla mübarizədə hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq birliyin məsuliyyətli üzvü kimi hər zaman qlobal inkişaf gündəliyinə sadiq olduğu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə ardıcıl töhfələr verdiyi diqqətə çatdırılıb.

Post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, bölgədə mövcud vəziyyət barədə forum iştirakçılarını ətraflı məlumatlandıran nazir müavini Elnur Məmmədov, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri apardığını diqqətə çatdırıb. Ermənistan tərəfindən maneələrə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu vurğulanıb.

Səfər çərçivəsində, həmçinin nazir müavini Elnur Məmmədovun Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini qarşı tərəfi post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə məlumatlandırıb.


Etiketlər:  Azərbaycan məsələdə qərarlıdır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ