Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçı tökülənlər hormonlarını yoxlatsın

Saçı tökülənlər hormonlarını yoxlatsın

Tarix: 6 Mart 2023 21:24

Saç tökülməsi, saçların qırılması, başda qaşınma və digər problemlər başın dərisində tük follekullarının effektliliyinin azalmasından xəbər verir.

Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, belə problemlərdə follekullar yuxu rejiminə keçir və saç uzanması prosesinə mane olur.

Nəticədə nəinki saç uzanmır, olan saçlar da qırılır, səbəbsiz tökülür, yaxud da dəridə quruluq nəticəsində qabıq, kəpək meydana çıxır.

Bildiymiz kimi, saçlarda problem fiziki sağlıqla da əlaqəlidir. Hormonal proseslərin pozulması zamanl, zobda, əsasən də qadınlarda saç quruluğu, saç tökülməsi və saçda qırılmalar meydana gəlir.

Bunun üçün orqanizmdə bu problemləri həll etmək lazımdır ki, saçlarda problem aradan qalxsın. Bu zaman saçlara müdaxilə etmədən hormonal pozuntuları normallaşdırdıqdan sonra saçlar əvvəlki halını alır, sağlamlaşır.


Etiketlər:  Saçı tökülənlər hormonlarını yoxlatsın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ