Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmtahanların formasının dəyişdirilməsi təklif edilir - VİDEO

İmtahanların formasının dəyişdirilməsi təklif edilir - VİDEO

Tarix: 9 Mart 2023 11:06

Test üsulu geniş dünyagörüşünə sahib insan yetişdirmir, əksinə, əzbərçiliyə yönləndirir. Cavabı variantların birində göstərilən test forması savadlı kadrların sayını azaldır.

Bu sözləri "Xəbər Ertəsi"nə açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, test üsulu müəyyən bir dövr üçün mütərəqqi hadisə olsa da, toxulunmaz formada qalmaqda davam etdi. Bu üsulun tətbiqindən sonra ali məktəblərə qəbulun asan forması tapılmalı, əsas diqqət qəbula deyil, bitirməyə yönəlməli idi.

Millət vəkilinin fikrincə, rasional bir istiqamətin tətbiqi mütləqdir. Məsələn, Yaponiyada yazı xəttinin yaxşı olması əsas amillərdəndir. Ancaq Azərbaycanda tətbiq edilən test üsulu şagirdlərin bu vərdişini xeyli zəiflədib.

Təhsil eksperti Vəfa Vəliyeva da test üsulunun insanları savadsızlığa apardığı qənaətindədir. O bildirir ki, hətta bəzi ölkələr bu üsuldan imtina edib.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə kütləvi imtahanlar üçün başqa vaistənin hazırda mövcud olmadığını deyir. Onun fikrincə, testin əzbərçiliyə gətirməsi iddiaları doğru yanaşma deyil. Çünki artıq qapalı və yazılı tipli tapşırıqlar da imtahanlarda geniş istifadə edilir. 700 ballıq şkala ilə toplanan balların 500-ü testdən, 200-ü açıq suallardan əldə olunur.

Xanlar Xanlarzadə gələcədkdə danışıq bacarıqlarının yoxlanılmasının da imtahanlara əlavə olunacağını qeyd edib.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  İmtahanların formasının dəyişdirilməsi təklif edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ