Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 02:35
Müğənni Şəbnəm Qəhrəmanova həmkarı Zeynəb Həsəni ilə aralarında qalmaqal yaşanıb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu haqda Şəbnəm qonaq olduğu "7 canlı" axşam şousunda danışıb.
Qəhrəmanova bildirib ki, Həsəni onun haqqında efirdə xoşaqəlməz ifadələr işlədib:
"Bir ara Zeynəblə küsülü idim. O da Zeynəbin səhvi idi. Çox pis xətrimə dəymişdi. Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi. Düşünürəm ki, o da öz yalnışını anlamışdı. Zeynəbin sağlamlığı ilə bağlı problemi olanda, ona zəng vurdum. Aramızdakı bütün problemləri çözdüm. Bir-birimizlə halallaşdıq.
Bu yaxınlarda da aramızda anlaşılmazlıq yaşandı. Ona söylədim ki, bizim artıq o yaşımız deyil, o dönəmlər bitib. Beş günlük dünyadır. Allah Zeynəbə can sağlığı versin. İnşallah ona ailə qismət eləsin"