Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Başakşehir" "Gent"lə heç-heçə etdi, "Sivasspor" uduzdu - VİDEO

Tarix: 10 Mart 2023 11:54

Bu gün Konfrans Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 7 matç keçirilib.

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i evdə Türkiyə "Başakşehir"i qəbul edib və 1:1 hesablı bərabərə qalıb. "Sivasspor" isə "Fiorentina"nın qonağı olub və 0:1 hesabı ilə uduzub.

Həmçinin bugünkü oyunlardan "Şerif" - "Nitsa" görüşünü Əliyar Ağayevin rəhbərlik etdiyi Azərbaycandan olan hakimlər briqadası idarə edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/8 finalın daha 1 ilk oyunu martın 7-də keçirilib. "Latsio" evdə AZ-yə uduzub - 1:2. Bu mərhələnin cavab görüşləri martın 16-da oynanılacaq.

UEFA Konfrans Liqası, 1/8 final, ilk oyunlar

9 mart

21:45. AEK (Kipr) - "Vest Hem" (İngiltərə) - 0:2
Qollar: Antonio, 36, 45+2

21:45. "Anderlext" (Belçika) - "Vilyarreal" (İspaniya) - 1:1
Qollar: Triqueros, 28 (0:1), Dreyer, 57 (1:1)

21:45. "Şerif" (Moldova) - "Nitsa" (Fransa) - 0:1
Qol: Amraoui, 45+3 

00:00. "Bazel" İsveçrə) - "Slovan" (Slovakiya) - 2:2
Qollar: Amdouni, 6 (1:0), Medvedev, 17 (1:1), Zeqiri, 40 (2:1), Abubakari, 70 (2:2)

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə) - 1:0
Qol: Barak, 69

00:00. "Gent" (Belçika) - "Başakşehir" (Türkiyə) - 1:1
Qollar: Okaka, 16 (0:1), Orban, 35 (1:1)

00:00. "Lex" (Polşa) - "Yurqarden" (İsveç) - 2:0
Qollar: Miliç, 39, Marçvinski, 82

7 mart

"Latsio" (İtaliya) - AZ (Niderland) - 1:2

Milli.Az


Etiketlər:  Başakşehir Gentlə heç heçə etdi Sivasspor uduzdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ