Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dedilər ki, guya məndə xərçəng var''

''Dedilər ki, guya məndə xərçəng var''

Tarix: 10 Mart 2023 20:10

"Dedilər ki, guya məndə xərçəng var. Məndə belə şey yoxdur, sağlamam. Kiçik problemim var idi. O da aradan qaldırıldı. 30 il yaşacağam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Səhər mərkəzi" verilişində deyib. Aktrisa bir müddət əvvəl süd vəzisində şiş aşkarlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O bildirib ki, süd vəzilərini kiçildən zaman bəzi problemlər ortaya çıxıb, amma həkim ona xərçəng diaqnozu qoymayıb.

N.Allahverdiyeva illər sonra yenidən filmə çəkiləcəyini açıqlayıb:

"Qarşıdan yubileyim gəlir. Bu münasibətlə Nicat Kazımov tamaşa hazırlayır. Bir filmdə rol alacağam. Bir də tarixi serialda çəkiləcəyəm. 5 seriyadır. Görürəm oturmaqla bir şey çıxmaz. Oturdum ki, məni çağıracaqlar, çəkəcəklər. Amma yox... Sponsor Rusiyadandır, böyük məbləğ ayrılıb. Qonorar bizi qane edir. Biz də bu sənətdən qazanırıq".


Etiketlər:  Dedilər guya məndə xərçəng


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ