Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarkandan kədərli paylaşım: "Yaşananların acısı..." - FOTO

Tarkandan kədərli paylaşım:

Tarix: 10 Mart 2023 20:54

Türkiyənin meqastarı Tarkan kədərli paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında başında yun papaqla çəkilən fotosunu izləyiciləri ilə bölüşərək, ölkəsində fevralın 6-da baş verən dəhşətli təbii fəlakətdən hələdə özünı gələ bilmədiyini yazıb.

"Bir müddətdir ki, budur ruh halım... Yaşananların və yaşadılanların acısı ötən gün kimi içimdə. Unutmayaq! Amma məndə sizin üçün darıxmışam", - deyə Tarkan vurğulayıb.

Qeyd edək ki, Tarkan Türkiyədə zəlzələdən zərərçəkənlərə öncə AFAD-a (Afet və Acil Durum Yönetimi Başkanlığı) 1 milyon lirə (təxminən 90 300 min manat) daha sonra isə "AHBAP" dərnəyinə 1 milyon lirə (90 min manat) bağışlayıb.   

Milli.Az


Etiketlər:  Tarkandan kədərli paylaşım Yaşananların acısı FOTO


RƏYLƏR