Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 19:16
ABŞ-ın İllinoys ştatında yerli sakin ərinin meyitini onun yoxa çıxmasından 8 ay sonra təsadüfən şkafdan tapıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Qeyd olunur ki, Cennifer Medc ərinin yoxa çıxması barədə ötən ilin aprelində polisə məlumat verib.
Polis araşdırmaya başlayıb. Qadının evində aparılan təkrar axtarışlar nəticəsiz qalıb. Bildirilir ki, ötən ilin dekabr ayında isə Medc Yeni İl bayramı üçün şam ağacı qurmağa hazırlaşarkən, təsadüfən ərinin cəsədini şkafların birindən tapıb.
Qeyd olunur ki, Medc və onun qonşuları xoşagəlməz qoxudan narahat olsalar da, bunun kanalizasiya qoxusu olduğunu düşünüblər.
"Fox59" telekanalı tibbi ekspertizanın nəticələrinə istinadən həmin şəxsin intihar etdiyini bildirib. (publika)