Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 23:30
Qış fasiləsində "Qarabağ"dan "Krasnodar" klubuna keçən Kadi Borges Rusiya çempionatında ilk qolunu vurub.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, braziliyalı futbolçu XIX tur çərçivəsində Moskva "Dinamo"su ilə ev oyununda fərqlənib.
Oyuna start heyətində daxil olan Kadi 24-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu vaxtadək qonaq komanda hesabda öndə idi. Eks "Qarabağ"lı 67-ci dəqiqədə dublunu rəsmiləşdirib. Matçın qəhrəmanı 85-ci dəqiqədə əvəzlənib. Qarşılaşmanın son dəqiqlərində daha bir qol vuran meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.
XIX turdan sonra Kadinin komandasının hesabında 29 xal var.