Tarix: 3 May 2019 14:20
UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalında yeni rekord proqnozlaşdırır.
Qol.az xəbər verir ki, qurumun rəsmi saytında bu barədə yazı dərc olunub.
Yazıda Bakı finalında Avroliqa tarixində gerckləşəcək yeniliklərdən də bəhs edilib: "Bakıda ilk dəfə avrokubokların həlledici görüşü oynanılacaq. Final Bakı Olimpiya Stadionunda olacaq. 2015-ci ildə istifadəyə verilən arenada Avro-2020-nin üç oyunu keçiriləcək. Stadion 70 minə yaxın azarkeş tutumuna malikdir. Şübhə yoxdur ki, azarkeş sayına görə Bakı finalı rekord vuracaq. Yəqin ki, bu görüşdə 1999-cu ildə Moskvada keçirilən "Parma" - "Latsio" finalının (62 min azarkeş) rekordu yeniləcək.
Bu, Avroliqa tarixində videotəkrar sistemindən istifadə olunacaq ilk finaldır. Oyun əlavə vaxta qədər uzansa, komandalar ilk dəfə olaraq 4-cü əvəzləmədən istifadə edə biləcəklər.
Mart ayında finalın nominal meydan sahibi müəyyənləşdi. Bu komanda "Ayntraxt" - "Çelsi" cütünün qalibi olacaq. Hər iki komanda əsas forması ilə çıxış edə bilər. Ancaq rənglər bir-birinə bənzəsə, qonaqlar ("Arsenal" və ya "Valensiya") ehtiyat formasını geyinmlidir".
Qeyd edək ki, mayın 29-də Bakı Olimpiya Stasionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.