Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Tarix: 17 Oktyabr 2019 17:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabinetinin vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarında bir neçə nümunənin təsdiqi gözlənilir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən müxtəlifçeşidli, ancaq mütəxəssislər tərəfindən peşəkar formada hazırlanan, tam standartlara cavab verən bir neçə dizayn təsdiq olunacaq. Ümumtəhsil məktəbləri valideynlərlə birlikdə həmin dizaynların arasından seçim apara biləcəklər:

"Ayrı-ayrı məktəblərdə vahid formanın olması nəzərdə tutulub. Ancaq bu, o demək deyil ki, bütün ölkə ərazisində yalnız bir nümunədən istifadə olunmalıdır. Nazirlər Kabinetinin qərarında bir neçə nümunənin təsdiqi gözlənilir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Vahid məktəbli forması ilə bağlı neçə nümunənin təsdiqi gözlənilir Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ