Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 23:12
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Qarabağ"la keçiriləcək xeyriyyə matçı ilə bağlı fikirlərini bölüşüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis "CBC Sport"a açıqlamasında azərbaycanlı azarkeşləri oyuna dəcət edib:
"Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım məqsədilə martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçiriləcək dostluq matçında bütün Azərbaycan xalqını gözləyirik. Qardaşlığımızı, dostluğumuzu, sevgimizi orada bərabər göstərərik".
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.