Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqası: “Fənərbağça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışacaq

Avropa Liqası: “Fənərbağça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışacaq

Tarix: 16 Mart 2023 08:16

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, baş tutacaq matçlardan sonra 1/4 finalda yoluna davam edəcək 8 komanda müəyyənləşəcək.

Qitənin ikinci dərəcəli turnirində Türkiyənin yeganə təmsilçisi "Fənərbağça" İspaniyada iki cavabsız qolla məğlub olduğu "Sevilya"dan bunun revanşını almağa çalışacaq.

Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçiləri "Mançester Yunayted" səfər, "Arsenal" isə ev oyununa çıxacaq. İtaliya klubları "Yuventus" və "Roma" səfərdə mərhələ adlamaq niyyətindədirlər.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart

21:45. "Betis" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:4

21:45. "Fənərbağça" (Türkiyə) - "Sevilya" (İspaniya)
İlk oyun - 0:2

21:45. "Feyenord" (Niderland) - "Şaxtyor" Donetsk (Ukrayna)
İlk oyun - 1:1

21:45. "Frayburq" (Almaniya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:1

00:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 2:2

00:00. "Ferentsvaroş" (Macarıstan) - "Bayer" (Leverkuzen, Almaniya)
İlk oyun - 0:2

00:00. "Real Sosyedad" (İspaniya) - "Roma" (İtaliya)
İlk oyun - 0:2

00:00. "Union" (Belçika) - "Union" (Berlin, Almaniya)
İlk oyun - 3:3


Etiketlər:  Avropa Liqası Fənərbağça cavab oyununda Sevilyadan revanş almağa çalışacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ