Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan idmaçıları Ermənistanda keçiriləcək çempionatda iştirak edəcəklər?

Azərbaycan idmaçıları Ermənistanda keçiriləcək çempionatda iştirak edəcəklər?

Tarix: 20 Mart 2023 13:32

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan Milli.Az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

"İştirak ilə bağlı son təsdiq 11 aprel tarixinə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcəkdir", - deyə federasiyadan qeyd ediblər.

Milli.Az


Etiketlər:  Azərbaycan idmaçıları Ermənistanda keçiriləcək çempionatda iştirak edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ