Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni əsgər Azərbaycan tərəfə keçib? - RƏSMİ AÇIQLAMA

Erməni əsgər Azərbaycan tərəfə keçib? - RƏSMİ AÇIQLAMA

Tarix: 21 Mart 2023 17:36

Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan MN məlumat yaymışdı ki, dumanlı hava səbəbindən bir hərbçi yolu azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib.

Milli.Az


Etiketlər:  Erməni əsgər Azərbaycan tərəfə keçib RƏSMİ AÇIQLAMA


RƏYLƏR