Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın oyununda 30 min Azərbaycan bayrağı

''Qarabağ''ın oyununda 30 min Azərbaycan bayrağı

Tarix: 18 Oktyabr 2019 12:00

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə Bakıda keçiriləcək görüşdə növbəti dəfə bayraq aksiyası təşkil edəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrarimov  Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı UEFA-ya müraciət etdiklərini deyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 30 min Azərbaycan bayrağı sifariş verilib. Bayraqlar oyun günü tribunalara düzüləcək.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Qarabağ” - APOEL görüşü saat 20:55-də başlayacaq.
 


Etiketlər:  Qarabağın oyununda Azərbaycan bayrağı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ