Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR neft hasilatını 2,8 faiz, qaz hasilatını 11, 4 faiz artırıb

SOCAR neft hasilatını 2,8 faiz, qaz hasilatını 11, 4 faiz artırıb

Tarix: 18 Oktyabr 2019 14:18

Bakı. Trend:

SOCAR 2019-cu ilin üçüncü rübündə 21 milyon tona yaxın neft, 1,82 milyard kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, hesabat dövründə şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 373 min metrdən artıq olub.

Ümumiyyətlə 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,44 milyon tondan artıq neft, 8,75 milyard kubmetr qaz hasil edilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 266 milyard kubmetr qaz hasil olunub. Üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,17 milyard kubmetr təbii qaz tədarük edilib. Hazırda qaz anbarlarında 2,98 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Cari ilin 3-cü rübündə SOCAR tərəfindən 145,99 milyon m3 qaz ixrac olunub. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,710 milyard kubmetr təşkil edib. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,211 milyard kubmetrdən, SOCAR üzrə isə 1,112 milyard kubmetrdən artıq qaz ixrac olunub.

Üçüncü rüb ərzində SOCAR tərəfindən xam neftin ixracı 5,513 milyon ton təşkil edib. Şirkət eyni zamanda Azərbaycandan 53214 min ton həcmində neft və neft-kimya məhsulları ixrac edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR neft hasilatını faiz hasilatını faiz artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ