Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2023 20:46
"Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi sabah "Qarabağ"a qarşı keçiriləcək xeyriyyə matçına start heyətində başlayacaq.
Sonxeber.net offsideplus.az-a istinadən bildirir k, bu barədə "Fanatik" məlumat yayıb.
Təcrübəli hücumçu son matçlarda effektli olmadığı üçün klub tərəfindən çempionatdakı fasilə zamanı ona istirahət üçün daha çox vaxt verilib.
Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.