Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

Tarix: 26 Mart 2023 19:34

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbiri açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, o, "Rusiya-1" telekanalına müsahibəsində deyib ki, avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmayıb.

Dövlət başçısı bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: "Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır".

Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib.

Milli.Az


Etiketlər:  Putin Mariupol səfəri haqda Kəməri bağlamadım ki


RƏYLƏR