Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski məşhur aktyorla görüşüb

Zelenski məşhur aktyorla görüşüb

Tarix: 27 Mart 2023 08:30

Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməramlı səfiri Orlando Blum ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Prezidentin Teleqram kanalında məlumat verilib.

Orlando Blum humanitar yardımın göstərilməsi və infrastrukturun bərpası üzrə layihələri dəstəkləyəcək, əsas diqqət ukraynalı uşaqların maraqlarının təmin edilməsinə yönəldilmişdir. Prioritetlər sırasında valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə qayğısı sisteminin inkişafı, erkən yaşlarda uşaqların inkişafı üçün infrastrukturun inkişafı, həmçinin gənclər üçün layihələrin və startapların yaradılması daxildir.

Milli.Az


Etiketlər:  Zelenski məşhur aktyorla görüşüb


RƏYLƏR