Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Tarix: 27 Mart 2023 10:34

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

Bu barədə Milli.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - DYP rəsmisi vurğulayıb.

Milli.Az


Etiketlər:  Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb


RƏYLƏR