Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 22:15
Bildiyiniz kimi, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsi və 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün fürsət yaranıb.
Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, işğal dövründə həmin ərazilərdə şəhər və kəndlərimiz, o cümlədən xalqımızın milli mədəni-tarixi irsi kütləvi şəkildə dağıdılıb. Həmçinin həmin dövrdə ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıb, onları erməni məbədi kimi təqdim etməyə cəhd ediblər.
Xələf Xələfov qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonunun Mehmana kəndində təxminən 200 il əvvəl yunanlar məskunlaşıb.