Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən məşhur rejissoru barədə komiks çəkilir - FOTO

Dünyanın ən məşhur rejissoru barədə komiks çəkilir - FOTO

Tarix: 29 Mart 2023 17:46

"Titan Comics" Hollivud kinorejissoru Kventin Tarantino haqqında qrafik roman hazırlayacaq.

Komiks "Quentin By Tarantino" adlanacaq, xüsusi diqqət isə rejissorun karyerasına yetiriləcək. Əsərin müəllifi "Amazing Améziane" olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qrafik romanın süjetində Tarantinonun "Spaghetti Western" alt janrına olan sevgisindən, karyerası boyu yazdığı ikonik kadrlarından və dialoqlardan bəhs edəcək.

Qeyd olunur ki, komiksdə rejissorun həyatından bir çox heyrətləndirici məqamlara da yer ayrılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Tarantino "Marvel" filmlərindən təsirlənmədiyini etiraf edib.

Onun sözlərinə görə, belə filmlərdə rol alan aktyorları kino ulduzu adlandırmaq olmaz. "Kapitan Amerika bir ulduzdur. Tor bir ulduzdur. Bu filmlərin qəhrəmanları ulduzlardır, aktyorlar deyil", - deyə rejissor bildirib.

Milli.Az


Etiketlər:  Dünyanın ən məşhur rejissoru barədə komiks çəkilir FOTO


RƏYLƏR