Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 20:26
"Əfqanıstan" özəl universiteti öz kitabxanasını satışa çıxarıb.
Elanda bildirilir ki, buraya üç min kitab, mebel və kompüter daxildir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, öz növbəsində tələbələr universitet rəhbərliyinin bu addımını etirazla qarşılayıblar.
Onlar universitet rəhbərliyini təhsilə qəsdən əngəl törətməkdə ittiham edirlər.
"Əfqanıstan" özəl universiteti isə müəllimlərin maaşını və hökumətə olan vergi borcunu ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu açıqlayıb.