Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2023 15:38
Roma Papası Fransisk xəstəxanadan buraxılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Roma Papası Fransisk üç günlük müalicədən sonra Romada xəstəxanadan çıxarkən "hələ də sağam" deyə zarafat edib.
Xatırladaq ki, o martın 29-da tənəffüs çətinliyi ilə Gemelli Xəstəxanasına yerləşdirilib və daha sonra Papa Fransiskə bronxit diaqnozu qoyulub.
Vatikan daha əvvəl bildirmişdi ki, pontifikin son test nəticələri buna icazə verərsə,o, şənbə günü xəstəxanadan buraxılacaq.