Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2023 12:10
Müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 02-si gündüzdən tədricən kəsiləcək, 03-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Sonxeber.net-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.