Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda oynamış futbolçu öldü

Azərbaycanda oynamış futbolçu öldü

Tarix: 4 Aprel 2023 13:02

Azərbaycanda oynamış sabiq futbolçu Mario Boziç dünyasını dəyişib.

Milli.Az "Klix.ba" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi 40 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Fəaliyyətini dayandırmış "Simurq" klubunun keçmiş oyunçusuna bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Boziçin həyatını xilas etmək mümkün olmayıb.

Bosniya və Herseqovina millisinin sabiq üzvü 2012/2013 mövsümündə Zaqatala təmsilçisinin formasını geyinib. (publika)

Milli.Az


Etiketlər:  Azərbaycanda oynamış futbolçu öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ