Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Seneqalın dövlət başçısını təbrik edib

İlham Əliyev Seneqalın dövlət başçısını təbrik edib

Tarix: 4 Aprel 2023 13:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Etiketlər:  İlham Əliyev Seneqalın dövlət başçısını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ