Tarix: 3 May 2019 16:20
"İspaniyada mənimlə yaxşı davrandılar. Mən bunu unutmayacam. Başıuca halda irəli gedirəm. Mənim həyatım açıq kitabdır".
Qol.az xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo "El Pais"ə açıqlamasında deyib.
"Real"dan ayrılmasından danışan portuqaliyalı hücumçu madridli azarkeşərin onu unutmadığın bildirib: "Madriddə insanlar məni sevir. "Real" azarkşeləri bilir ki, mən komandaya çox şeylər vermişəm. Madrid küçələrində insanlar mənə yaxınlaşıb, "Real"a qayıtmağımı xahiş edirlər. Deyirlər ki, bu klub sənin evindir. Bu cür sözləri eçitmək mənim üçün çox yaxşıdır.
Eyni zamanda insanlar həmişə mühakimə etməyi də sevir. Bəziləri deyirdi ki, onun 35 yaşı var getməlidir. Ancaq mən hamını təəccübləndirmək istəyirəm".
Xatırladaq ki, 2009-2018-ci illərdə "Real"da çıxış edən 34 yaşlı futbolçu bu mövsüm "Yuventus"da 40 oyuna 27 qol vurub, 13 məhsuldar ötürmə edib.