Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 21:00
Krım yarımadasına nəzarəti qaytarmaq cəhdləri məsələsində Ukrayna hökuməti əhalinin fikrini dinləməlidir.
Sonxeber.net bildirir ki, ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, Ukrayna qoşunlarının əks-hücum əməliyyatı yaxın həftələrdə başlaya bilər.
"Bu qərarları Ukrayna qəbul etməlidir. Ukrayna - demokratiyadır. Prezident Vladimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Lakin o, həm də ukraynalıların iradəsinə açıq olmalıdır", - Blinken "Funke"yə müsahibəsində bildirib.
"Bild" qəzeti NATO-nun aparıcı analitiklərinə istinadən yazıb ki, Ukraynanın əks-hücumunun məqsədi Rusiyanın Krımla quru əlaqəsini kəsmək, həmçinin Luqansk və Zaporojye istiqamətlərində irəliləmək olacaq. "Reuters"in məlumatına görə, Ukrayna əks-hücum üçün 40 min yeni əsgər hazırlayır.
Martın əvvəlində Ukrayna prezidentinin ofisinin rəhbəri Mixail Podolyak Ukrayna silahlı qüvvələrinin Krımı 5-7 aya ala biləcəyini bildirib. Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibixa bildirib ki, Ukrayna qoşunları yarımadanın sərhədinə yaxınlaşarsa, Ukrayna hakimiyyəti Moskva ilə Krımın taleyini müzakirə etməyə hazır olacaq.
İrfan Vəliyev