Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili: Əli İnsanov ermənilərlə birlikdə Azərbaycan xalqından qisas almaq missiyasını həyata keçirməkdə israrlıdır

Millət vəkili: Əli İnsanov ermənilərlə birlikdə Azərbaycan xalqından qisas almaq missiyasını həyata keçirməkdə israrlıdır

Tarix: 3 May 2019 16:30

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin yüksək ideallara söykənən humanist addımı ilə azadlığa çıxan Əli İnsanov öz açıqlamaları ilə xəyanətkar simasını ortaya qoyur.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, hər şeydən əli üzülmüş Əli İnsanov indi də özünü separatçı erməni ideoloqu kimi təqdim etməyə çalışır:

“Onun bu cür əsassız fikirləri Azərbaycan cəmiyyətində yalnız təəssüf doğurur. Əli İnsanovun bu hərəkəti Azərbaycan dövlətinə, xalqına xəyanətdən başqa bir şey deyil. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsi milli xəyanətdir”.

A.Hüseynovun sözlərinə görə, Azərbaycan xalqının dəstəyini qazanmaq xəyalının əsassız olduğunu görən Əli İnsanov ermənilərə arxalanmaq fikrinə düşüb:

“Əli İnsanov vaxtilə yüksək dövlət vəzifəsi icra edərkən Heydər Əliyev ideyalarına, siyasi xəttinə qarşı çıxaraq xəyanətkar mövqeyini ortaya qoyub. Görünür, bu gün də eyni siyasi əxlaqın daşıyıcısı olaraq həyatına və yoluna davam edir. O, cılız ambisiyalarının əsiridir və ermənilərlə birlikdə bu xalqdan qisas almaq missiyasını həyata keçirməkdə israrlıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkili Əli İnsanov ermənilərlə birlikdə Azərbaycan xalqından qisas almaq missiyasını həyata keçirməkdə israrlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ