Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlində qatarın vaqonlarından birində yanğın olub

Berlində qatarın vaqonlarından birində yanğın olub

Tarix: 20 Oktyabr 2019 05:20

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində qatarın vaqonlarından birində yanğın olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin yanğın xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Uzaq yol gedən qatarın vaqonu yanıb. Üç nəfər yüngül xəsarət alıb".

Qeyd edilir ki, insident "Belvü" stansiyasında baş verib. Yanğının səbəbi barədə məlumat verilmir.


Etiketlər:  Berlində qatarın vaqonlarından birində yanğın olub


RƏYLƏR