Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır - Nazir

Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır - Nazir

Tarix: 12 Aprel 2023 13:00

Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın səylərini müzakirə etdik. Normallaşma prosesi üzrə formatlar və atılmış addımlar barədə məlumat verildi.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, görüş zamanı Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqların aparılmasına diqqət yetirilib.

Ceyhun Bayramovun sözlərinə görə, dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb: "Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır".

Milli.Az


Etiketlər:  Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ