Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qanunsuz parklanma və parkinq problemi bitmək bilmir - VİDEO

Bakıda qanunsuz parklanma və parkinq problemi bitmək bilmir - VİDEO

Tarix: 12 Aprel 2023 15:04

Bakıda yolların hərəkət hissəsində avtomobillərin park edilməsi problemi hələ də qalmaqdadır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,paytaxtın istənilən küçəsində bu halla qarşılaşmaq olar.

Sürücülər isə deyirlər ki, avtomobillərini harada gəldi saxlamaqda özləri də maraqlı deyillər. Lakin parkinq qiymətləri baha olduğundan onlar həll yolunu bu cür addım atmaqda görürlər.

Baş Dövlət Yol Polisi İdarəsi isə yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Bildirilib ki, belə hallar yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Nəqliyyat eksperti Elməddin Muradlı da bildirir ki, maşınların yollarda nizamsız və qanunsuz park edilməsi yol-nəqliyyat hadisələrinin çoxalmasına səbəb olur.

Qiymətlərin baha olması ilə bağlı isə Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, ümumi tarif müəyyən edilmədiyindən hazırda parking qiymətləri standart deyil. BNA tərəfindən rəsmi qeydiyyata alınmış 15 min avtomobillik parkinq yeri var və bunların da böyük bir hissəsi özəldir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda qanunsuz parklanma parkinq problemi bitmək bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ