Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 15:50
Məşhur "Zombi Detective" serialı ilə tanınan aktrisa 26 yaşlı Yung Çxe Yoll evində ölü tapılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi xəbər yayıb. Ancaq onun qəfil ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, gənc model və aktrisa 2016-cı ildə yayımlanan "Devils Runaway" filmində debüt edib. 2018-ci ildə "Deep" filmində rol alan aktrisa məşhurluğunu "Zombi Detective" serialındakı Ba Yun Mi obrazı ilə qazanıb.
Onun çəkildiyi "Wedding Impossible" K-drama isə hələ yayımlanmayıb.