Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Novruzun qızı: “Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi“ - VİDEO

Ramiz Novruzun qızı: “Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi“ - VİDEO

Tarix: 14 Aprel 2023 11:30

"Atamın ölümündən 40 gün keçib. Ailəmin bu günlər ərzində nələrdən keçdiyini bir Allah bilir. Bir üzümüz gülür, bir üzümüz ağlayır. Dostlarıma söz vermişəm, ağlamayacağam, dik duracağam. Çünki atam ölümündən bir gün əvvəl Prezident təqaüdü kartından 2500 manat çəkib verib ki, get işlərini həll et. Atam hər zaman istəyib ki, işlərim yüksəklərdə olsun". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruzova sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib. 

Mərhum sənətkarın qızı bildirib ki, saçlarımın kəsilməsi haqda dediklərim izləyicilər tərəfindən tənqidlə qarşılanıb. O, bu addımını psixoloji vəziyyətinin pis olması ilə əlaqələndirib:  

"Dünən saçımı kəsdirdiyim videonu paylaşdım. Mənə yazıblar ki, özünü öldürürsənsə öldür. Mənim psixologi durumum hələki yerindədir. Özünə qəsd edən insanın psixoloji durumu yerində olmur. Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi. Çünki saçı bu cür dibindən küt qayçı ilə necə gəldi kəsən şəxsdə bu xəstəliyin ilk mərhələsi ola bilər.

Amma psixoloji durumum o qədər də pis deyil ki, mənim kiçik yaşlı övladım ola-ola özümə qəsd edim. Yazdım ki, özümə qəsd etmək istəyərdim. Amma buna gücüm yoxdur. Elə güclü adam deyiləm. Atam qədər güclü deyiləm. O xəstə oldu, amma bir dəfə də olsun narazılığını bildirmədi". 

Şəfəq vurğulayıb ki, onun atasının son halını ailəsindən başqa heç kim görməyib:  

"Biz sevgimizi atamıza hər zaman göstərmişik. Biz başqa övladlar kimi, öz atamızı verilişlərə çıxarıb ağlamadıq ki, atamızın əməliyyatı üçün kömək edin. Çox sağ olsun, ölkəmizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva. Onlar və Heydər Əliyev Fondu atamın müalicəsi üçün bizə yardım etdilər.

Bu bir il ərzində atamın müalicəsinə bir qəpik də olsa pul xərcləmədik. Amma səsimiz çatana qədər, artıq malımızı, mülkümüzü satmağa hazır idik ki, o, ayağa qalxsın. Onun o arıq və pis vəziyyətdə efirlərə çıxmasını istəmirdik. Siz elə bilirsiniz ki, atam "top" kimi rəhmətə getdi? Xeyr! Atamın vəziyyəti elə deyildi. Atamın səsi də nazikləşmişdi.

O, rəhmətə gedənə qədər xarizmasını qorudu. Ailəmizdən başqa heç kim atamın son vəziyyətini görmədi. Bununla mən fəxr edirəm. Atam da qürürlu idi, biz də qürürluyuq. Atamın dəfnini də dövlət üzərinə götürdü. 3-7 mərasimini də Heydər Əliyev məscidində dövlət etdi. Biz də 40 mərasimini və baş daşını atama layiq hazırladıq. Bu reklam deyil, bu atama qarşı hörmətdən irəli gəlir". 

Ş.Novruzun sözlərinə görə, anası onun bu vəziyyətindən çox narahatdır:  

"Anam məndən çox narahatdır. Deyir ki, səndən gözüm su içmir. Anamı hər yerə gəzdirirdim. Atam anamı çox istəyirdi. Bir il anam durmadan atama baxdı. Bir tək anam qaldı. İmkan düşən kimi onu Türkiyəyə aparıb, "check-up"dan keçirəcəyəm. Anamı da bu vəziyyətdən çıxaracağam. Biz bir-birimizə dəstək olmalıyıq.

Qardaşım Cavidana da çox çətindir. O, atamla bir otaq yoldaşı olub. Cavidan onun otağına girib, tərli köynəklərini çəkib. Atamın iyi hələ də köynəklərinin üstündə qalıb. Bizim üçün çox çətindir. Onu unutmaq bizim üçün çox çətin olacaq. O gözəl aktyor, ata və insan olub". 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.   

Milli.Az


Etiketlər:  Ramiz Novruzun qızı Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi VİDEO


RƏYLƏR