Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın xal itirməsinə sevinirik'' - Dario Federiko

''Qarabağ''ın xal itirməsinə sevinirik'' -  Dario Federiko

Tarix: 20 Oktyabr 2019 19:56

"Neftçi"nin futbolçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Çox vacib qələbə qazandıq. Ardıcıl 3-cü qələbəmiz bizi turnir cədvəlində 2-ci pilləyə qaldırdı. Bununla kifayətlənməməli, öz üzərimizdə işləməliyik. Çalışmaqla daha yaxşı nəticələr gələcək.

- Demək olarmı ki, "Neftçi" "qara zolaq"dan çıxıb?

- Məncə, ardıcıl 3 matçda qalib gəlməklə "qara zolaq"dan çıxmış sayılırıq.

- Bugünkü qalibiyəti "Neftçi" üçün asan qələbə adlandırmaq olar?

- İnanmıram ki, hansısa oyun "Neftçi" üçün asanlıqla əldə olunub. Çünki hər oyunda vuruşmuşuq, mübarizə aparmışıq və əzmkarlıqla qələbə qazanmışıq. Asan oyun olduğunu deməzdim.

- Əsas rəqibiniz "Qarabağ" hesab olunur. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?

- Təbii ki, sona qədər mübarizə aparacağıq. Hər görüşdə qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq ki, ilk pilləyə yaxınlaşaq.

- Liderin "Qarabağ"ın xal itirməsi sizi sevindirirmi?

- Təbii ki, çempionluğa oynayan komanda ondan yuxarı pillədə olan komandanın xal itirməsini görəndə sevinir.

 


Etiketlər:  Qarabağın itirməsinə sevinirik Dario Federiko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ