Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyanın baş nazirinin çıxışı zamanı partlayış baş verib

Yaponiyanın baş nazirinin çıxışı zamanı partlayış baş verib

Tarix: 15 Aprel 2023 07:46

Şənbə günü Yaponiyanın baş naziri Fumio Kişidanın ictimaiyyət qarşısında çıxış etdiyi yerin yaxınlığında güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə ölkənin qərbindəki Vakayama şəhərində baş verib. Hökumət başçısının təxliyə edildiyi, onun təhlükə altında olmadığı qeyd edilir.

Kyodo agentliyinin məlumatına görə, tədbir başlamazdan əvvəl Kişidaya tüstü bombasına bənzəyən əşyanı atılıb və partlayış baş verib.

Hücum edən şəxsi təhlükəsizlik əməkdaşları saxlayıb.

Milli.Az


Etiketlər:  Yaponiyanın baş nazirinin çıxışı zamanı partlayış baş verib


RƏYLƏR