Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

13 yaşlı uşaq TikTok videosuna görə öldü

13 yaşlı uşaq TikTok videosuna görə öldü

Tarix: 18 Aprel 2023 20:22

ABŞ-nin Ohayo ştatında 13 yaşlı Ceykob Stivens TikTok-da "Benadryl Challenge" adlı çağırışı yerinə yetirmək üçün həddindən artıq dozada dərman qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra xəstəxanaya aparılaraq süni nəfəs aparatına taxılan Stivens bütün müdaxilələrə baxmayaraq 6 gündən sonra dünyasını dəyişib.

Stivensin dostu tərəfindən paylaşılan videoda 13 yaşlı yeniyetmənin sosial mediada çağırışını yerinə yetirdikdən sonra qıcolmaya başladığı görünür.

Qeyd olunur ki, yeniyetmənin ailəsi "Benadryl" kimi dərmanların alınmasını yaşla məhdudlaşdırmaq üçün konqresə təzyiq etməyə çalışır.

Milli.Az


Etiketlər:  13 yaşlı uşaq TikTok videosuna görə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ