Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 16:36
Azərbaycanda isifadə olunan suyun böyük bir hissəsi təsərrüfata sərf olunur.
Sonxeber.net Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Onun sözlərinə ölkə ərazisinə daxil olan su, paytaxta çatana demək olar ki, yox olur.
Sadiq Qurbanov qeyd edib ki, kənd təsərrüfatında su itkisinin böyük olmasına səbəb suvarmada tətbiq edilən selləmə üsuludur.
Onun sözlərinə görə fermerlər tədricən müasir suvarma sisteminə keçid etməyə başlayıblar. problemin qarşısını almaq üçün müxtəlif layihələr icra olunub və proses davam edir.
Millət vəkili əlavə edib ki, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişiklikləri sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: