Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilotlarımız Türk Silahlı Qüvvələrinin qürur mənbəyidir - Akar

Pilotlarımız Türk Silahlı Qüvvələrinin qürur mənbəyidir - Akar

Tarix: 26 Aprel 2023 14:46

Səmalarda güvənin təcəssümü olan pilotlarımız istedadları, hazırlığı, nizam-intizamı və üstün məsuliyyət hissi ilə Türk Silahlı Qüvvələrinin və millətimizin qürur mənbəyidir.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, "Dünya Pilotlar Günü" münasibəti ilə etdiyi təbrikdə bildirib.

Başda Türkiyə Silahlı Qüvvələrində olan qəhrəman və fədakar pilotlarımız olmaqla bütün pilotlarımızın "Dünya Pilotlar Günü" münasibəti ilə ürəkdən təbrik edirəm.

"Qəhrəman pilotlarımız səmalarımızı qorumaqdan terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlara, dənizlərimizdə hüquq və mənafelərimizin qətiyyətlə qorunmasından həm ölkədaxili, həm də hərbi əməliyyatların icrasına qədər bütün vəzifələrini böyük uğurla yerinə yetirirlər",- deyə təbrikdə bildirilir.

Hulusi Akar bildirib ki, yerli və milli müdafiə sənayemizin təmin etdiyi imkanlarla, yüksək ixtisaslı pilotlarımızla Hərbi Hava Qüvvələrimiz çox daha güclü, səmalarımız isə təhlükəsiz olacaq.

Milli.Az


Etiketlər:  Pilotlarımız Türk Silahlı Qüvvələrinin qürur mənbəyidir Akar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ