Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəyanət etdiyi deyilən Kadirdən ilk açıqlama - “Həmin gün 80 nəfərlə..." - FOTO

Xəyanət etdiyi deyilən Kadirdən ilk açıqlama - “Həmin gün 80 nəfərlə...

Tarix: 26 Aprel 2023 20:28

Həyat yoldaşı, aktrisa Neslihan Atagülə xəyanət etdiyi deyilən türkiyəli aktyor Kadir Doğulu hadisə barəsində ilk dəfə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Doğulu görüntülərin insanlar tərəfindən yanlış anlaşıldığını deyib:

"Düşünürəm ki, görüntüləri yayan şəxs mənə yaxınlaşmaq istəyən, amma bunu bacarmaqdıqda belə davranan biri olub. Həmin gün o qadından başqa 80 nəfərlə danışdım. Mənimlə danışmaq istəyən hər kəslə danışıram, problemi varsa, onları dinləyirəm. Harada və nə vaxt olmasının fərqi yoxdur".

Aktyor onun başqa xanımla dini nikahının olması iddialarına da münasibət bildirib:

"Neslihandan başqa dini nikahlı həyat yoldaşım yoxdur".

Qeyd edək ki, Kadir Doğulunun içkili halda bir xanımla səmimi görüntüləri yayılıb. Hadisə Alaçatıdakı restoranların birində baş verib.

Milli.Az


Etiketlər:  Xəyanət etdiyi deyilən Kadirdən ilk açıqlama Həmin gün 80 nəfərlə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ