Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 17:44
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub.
Trend Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatına əsasən bildirir ki, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.
Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.
Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin