Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

28 dəqiqə "ölən" idmançı ayılanda bunları dedi - FOTO

28 dəqiqə

Tarix: 28 Aprel 2023 20:48

Avstraliyalı taekvondo məşqçisi Fil Jdibel basketbol matçı zamanı infarkt keçirdib və 28 dəqiqə ölmüş vəziyyətdə olub. O, ayıldıqdan sonra yerli mediaya həmin vaxt gördüklərindən və hisslərini danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Celonq şəhərində baş verib.

Kişinin sözlərinə görə, o, koronar arteriya anevrizması səbəbindən infarkt keçirib və huşunu itirib. Bundan sonra 57 yaşçlı kişinin oğlu Coşua təcili yardım çağırıb. Həmin vaxt meydançada olan tibb bacısı isə həkimlərin gəlməsini gözləmədən ona süni tənəffüs verməyə başlayıb. Digərləri defibrilator tapıb.

Məşqçinin sözlərinə görə, bütün bu müddətdə baş verənləri - cansız bədənini və onu həyata qaytarma cəhdlərini o kənardan izləyib. Jdibel təcrübəsini "bədəndənkənar hal" kimi təsvir edib. Kişinin iddiasına görə o, özünü havada uçmasının hiss edib.

Zərərçəkən xəstəxanaya aparılıb. Bir neçə gündən sonra kişi ayılıb və həkimlər ona 28 dəqiqə davam edən klinik ölüm yaşadığını bildiriblər.

Avstraliyalı bu təcrübədən sonra həyata baxışının dəyişdiyini etiraf edib.

"Yaşadığımız xırda problemlər əmin olun ki, narahat olmağa dəyməz. Heç kimin sizə "heç nə edə bilməzsən" deməsinə imkan verməyin", - Jdibel vurğulayıb.

57 yaşlı kişinin ürəyinə stent qoyulub və o, artıq xəstəxanadan buraxılıb.

Milli.Az


Etiketlər:  28 dəqiqə ölən idmançı ayılanda bunları dedi FOTO


RƏYLƏR