Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2023 23:16
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinə hazırlıq məqsədilə bazar günü Ankarada ən böyük mitinqlərdən birini keçirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, iştirakçıların sayı rəsmi olaraq açıqlanmasa da, bir neçə yüz min nəfər olduğu deyilir.
Ərdoğan mitinq zamanı tərəfdarlarını mümkün qədər fəal olmağa çağırıb, gənclərə xüsusi ümid bəsləyib.
"Biz hər qapını döyəcəyik. Türkiyənin yüzilliyini arzulayırıq. Onlar (müxalifət) öz arzularını bölünmüş siyasət, qeyri-sabit iqtisadiyyat, zəif demokratiya, dünyada xor baxılan köhnə Türkiyə üzərində qururlar", - deyə prezident bildirib.