Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynur Dadaşova: “Atam bacımın vəfatına dözmədi” - VİDEO

Aynur Dadaşova: “Atam bacımın vəfatına dözmədi” - VİDEO

Tarix: 2 May 2023 13:55

"İnsanlar gecələr yatır, amma mən yatmıram. Səhər baxıram ki, hələ də şəhər qaranlıqdır, evlərin işıqları sönüb. Tək, tənha eyvanda dayanıb, gücü Allahdan istəyirəm. Çünki hər zaman hər bir işdə tək oldum. Həyatın bütün çətinlikləri ilə tək mübarizə apardım və öz ayaqlarımın üstündə durmağı bacardım".

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "Günün sədası" verilişində deyib.

Öncə bacısı Güneli, bir il sonra isə atasını itirən sənətçi həyatda keçdiyi çətin günləri yada salaraq, duyğularına hakim kəsilə bilməyib: 

"Heç kimə cavan bacı itirməyi arzu etmirəm. Atam bacımın vəfatına dözmədi. Qeyrətli ata idi. Övladının məzarlıqda tək qalmağına dözmədi. Bacımın dünyadan köçməsindən bir il keçdi, atam vəfat etdi. Darıxan, sıxılan kimi birinci məzarlığa gedirəm. Ürəyimin sözünü orada deyirəm. Övladıma etmədiyimi, bacımın uşağına edirəm. Qoy rahat uyusun.

Gecə saatlarında məndən nəsə istəsə, mütləq onu gedib edirəm. Özümü heç zaman düşünmədim. Ətrafımda doğmalarım, anam var. Anamın əllərindən öpürəm. Çünki ana varsa, hələ gəncsən. Hərdən düşünürəm ki, anama nəsə olsa, Aynur məhv olub, ölər. Bu qədər güclü olmağıma səbəb anamın yanımda olmasıdır. Evdə bir böyüyün olması çox gözəldir. Heç kim mənim çəkdiyim ağır günlərə dözə bilməz. Çox çətin olar". 


Etiketlər:  Aynur Dadaşova Atam bacımın vəfatına dözmədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ