Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin hücum zamanı Kremldə olub?

Putin hücum zamanı Kremldə olub?

Tarix: 3 May 2023 16:24

Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş aparatları ilə hücuma cəhd etdiyi barədə məlumat yayılıb. Hadisədən sonra bir çoxlarını ölkə Prezidenti Vladimir Putinin Kremldə olub-olmaması maraqlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb: "İnsident nəticəsində Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir".

O bildirib ki, Putin bu gün fəaliyyətini Moskva vilayətində Novo-Oqaryovodakı iqamətgahında davam etdirəcək. 

Milli.Az


Etiketlər:  Putin hücum zamanı Kremldə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ