Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yuventus”la “İnter” qalib gəldi, “Milan” xal itirdi

“Yuventus”la “İnter” qalib gəldi, “Milan” xal itirdi

Tarix: 4 May 2023 08:46

İtaliya A Seriyasında 33-cü tura start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 8 görüş baş tutub.

"Salernitana" - "Fiorentina" qarşılaşmasında qalib müəyyənləşməyib. "Atalanta" - "Spetsiya" matçında meydan sahibləri qalib gəliblər. "Sampdoriya" isə evdə "Torino"ya uduzub.

"Milan" "Kremoneze" ilə ev oyununda xal itiribsə, "Roma" "Montsa" ilə səfər görüşündə eyni aqibətlə üzləşib. "Yuventus" "Leççe"yə, "Latsio" isə "Sassuolo"ya qalib gəlib. "İnter" də səfərdə "Verona"nı 6 cavabsız qolla üstələyib.

İtaliya A Seriyası
33-cü tur
3 may

Atalanta - Spetsiya 3:2
Qol: De Roon, 32. Zappakosta, 48. Muriel, 54 - Qyasi, 18. Burabiya, 64.

Yuventus - Leççe 2:1
Qol: Paredes, 15. Vlahoviç, 40 - Sisey, 37.

Salernitana - Fiorentina 3:3
Qol: B.Dia, 10; 59; 81-pen - N.Qonsales, 36. İkone, 71. Biraqi, 84.

Sampdoriya - Torino 0:2
Qol: Bonjorno, 31. Pelleqri, 90+4.

Milan - Kremoneze 1:1
Qol: Messias, 90+3 - Okereke, 77.

Latsio - Sassuolo 2:0
Qol: F.Anderson, 14. Başiç, 90+2.

Montsa - Roma 1:1
Qol: Kaldirola, 39 - El Şaaravi, 24.

Verona - İnter 0:6
Qol: Qaiç, 31-öz qapısına. H.Çalhanoğlu, 36. Dzeko, 37; 61. L.Martines, 55; 90+2.

4 may

22:45. Empoli - Bolonya
22:45. Udineze - Napoli

Milli.Az


Etiketlər:  Yuventusla İnter qalib gəldi Milan xal itirdi


RƏYLƏR